Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
[center]
[/center]
Keniyanın şimal-şərqindəki Mandera dairəsində avtomobilə silahlı hücum nəticəsində ən azı səkkiz nəfər, o cümlədən iki polis əməkdaşı ölüb.
Silahlı şəxslər yol sahəsindəki tikinti obyektində çalışan mühəndisləri və digər əməkdaşları müşayiət edən avtomobilə atəş açıblar.
Polis zərərçəkənlərin sayı barədə məlumat verməyib.
Hadisə Keniyanın Somali ilə sərhədi yaxınlığında baş verib. Bununla belə, polis hələ ki, şübhəlilərin adını açıqlamayıb və hücumun motivini müəyyən etməyib.