Bakı Weather --°C
|

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

14.03.2026 15:33 | 2

[center]Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ[/center]
Azərbaycanın qərb rayonlarından martın 15-i başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Daha çox xəbər