Bakı Weather --°C
|

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib

11.03.2026 12:50 | 1

[center]Emin Əmrullayev Şuşada tədris prosesini izləyib[/center]
Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Nazir məktəbdə yaradılmış şərait və tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb.

Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib.

Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.

Daha çox xəbər