Bakı Weather --°C
|

Biləsuvarda transformator partlayıb, rayon mərkəzinin bir hissəsi işıqsız qalıb

14.02.2026 12:50 | 1

[center]Biləsuvarda transformator partlayıb, rayon mərkəzinin bir hissəsi işıqsız qalıb[/center]
Biləsuvar şəhərində transformatorda partlayış olub.

Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə əriyən qarın suları səbəb olub.

Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Ərazidə təmir-bərpa işləri aparılır. Bu işlərdən sonra işığın bərpası gözlənilir.(Report)

Daha çox xəbər