Bakı Weather --°C
|

QAYIDIŞ

24.01.2026 11:35 | 40

(Hekayə)

Yüklərin hamısını maşına yerləşdirəndən sonra əlindəki vərəqə qeydlər aparan gəncə yaxınlaşdı:

-- Oğlum, nə vaxt yola düsəcəyik?- asta səslə soruşdu.

-- Nənə can, sabah səhər yola çıxacağıq. Qaranlıq düşməmiş çatmağımız üçun tez tərpənməliyik.

Qadın astaca başını tərpədib -- insallah -- sakit səslə söylədi.

Ağır addımlarla kücəyə tərəf üz tutdu. Avtobus dayanacağına çatıb oturacaqda əyləşdi. Nuru getmiş, kədərli gözlərini yola dikdi. Az keçmədi avtobus göründü. Əllərini oturacağa dayayıb ayağa qalxdı. Gözləri yaxşı görmədiyindən nömrəni ayırd edə bilmədi.

Yanında dayanan gənc xanıma - bu avtobus qəbirsanlığın yanından gecirmi? -- soruşdu.

-- Keçir- kecir -- qadın avtobusa tərəf gedə- gedə cavab verdi.

O, addımlarını yeyinlədib qapının tutacağından tutub çətinliklə də olsa avtobusa mindi. Qarşıdakı boş oturacaqda əyləşdi.Avtobus tərpəndi. Gözlərini pəncərədən çölə dikib bir - birini əvəz edən ağacları, binaları ilk dəfə görürmüş kimi diqqətlə baxmağa başladı... Yadaşına nələr gəlib, nələr keçdi...

Şəhərə yeni gələndə bu yollardan o qədər iş- güc dalınca qoşdurmuşdu ki... Sonralar isə bu yolu lap "su yolu" eləmişdi...

-- Xala, bu dayanacaq qəbirstanlığın yanıdır -- bayaqkı qadının səsi onu fikirlərindən ayırdı. -- Sağ ol, ay qızım -- deyib , avtobus dayanan kimi düşüb üzü qəbirstanlığa tərəf ağır - ağır addımladı. Daşlarla hasara alınan qəbirlərin yanına çatanda dərindən sızıltılı bir ah çəkdi. Əlləri əsə- əsə balaca qapını açıb içəri girdi. Bir- bir baş daşlarını qəmlə süzdü. Əsən əllərini acıb "Fatihə" surəsini pıçıltı ilə söylədi. Sonra hıçqıra-hıçqıra -- mən gəldim -- dedi...

Taqətsiz qollarını yana açıb, onları bağrına basırmış kimi fəryadla -- bu dəfə sizinlə gorüsməyə yox, vidalaşmağa gəlmişəm.-- deyib hönkürdü.

-- Hansınızdan başlayım?.. Ata, səndənmi? Bəlkə səndən, ana?.. Xəstəliyin tufan kimi gəlib əlimdən aldığı mələk qızım, səndən?..Yoxsa bu otuz ildə itgin, ölüsu - dirisi bilinməyən oğlunu axtarmaqdan yorulan, dərdlərdən başını götürub " qaçan", məni bu dünyada tək qoyan səndən?... 

-- gözlərini küsgün- küsgün yoldaşının baş daşından ona baxıb sanki ağlayan şəklinə dikdi...Elə bir nalə çəkdi ki, yaxınlıqdakı qəbrin üstündə " Yaşin" oxuyan molla belə bir an susdu...

Çarəsiz halda qəbirlərin arasında oturmuşdu. Başını gah anasının, gah da atasının qəbrinə söykəyib, əlini uzadıb qızının soyuq məzar daşına sığal çəkə - çəkə susqun halda gözlərini bir nöqtəyə zilləyib durmuşdu...

Nə qədər oturduğunu bilmədi... Üşüdüyünü hiss edəndə artıq qaranlıq düşdüyünü anladı. Əllərini yerə dayayıb ayağa durdu.Ətrafa baxdı. Qərbə bir sükut var idi. Ay məzarlıqdakı bütün baş daşlarını aydınlatmısdı. Elə bil qəbirstanlıqda işiqlar yanırdı...

O, bir- bir baş daşlarını qucaqlayıb öpüb, sığal çəkə - çəkə:

-- Yurdumuzu aldı oğullarımız. Qayıdırıq torpaqlarımıza. Hökumət belə qərar verdi. Tikib verdiyi evləri indi-- bosaldın -- deyir. Deyir ki, yurdunuzda sizə gözəl evlər tikirik. Gedin orada yaşayın. Biz də gedirik - kədərlə sevincin qarışıb yaratdığı qərbə bir duyğu ilə dil- dodağı əsə- əsə dedi . Bir az susdu. Sonra iniltili səslə - mən sizsiz , tək- tənha oralarda neyləyəcəm?.. 

-- sızıldayaraq bir- bir qəbirləri süzdü. Sanki onlardan cavab gözləyirdi...

ZƏHRA SƏFƏRALIQIZI

Daha çox xəbər