YARALI DURNA

(hekayə)
Dağlar qoynunda yerləşən Şınıx mahalı sanki bir təbiət möcüzəsidir; adı dillər əzbəridir. Şınıx 28 kənddən ibarət olan gözəl bir mahaldır. Bu kəndlərdən biri də Hacılar kəndidir. Hacılar kəndi dədə - babadan yaxşı insanları, el ağsaqqalları,lap əvvəllərə getsək, ermənilərə qan udduran qaç Nağısı, Qosbədini, qaçaq Qədiri, qaçaq Cəfərqulusu ilə tanınır. Qaçaq Cəfərqulunun bacısının yoldaşı Məşədi kişi də kəndin sayılıb - seçilən ağsaqqallarından biri idi.
Payız ayı idi. Hava sərinləşmişdi. Hər tərəf canlı, dumanlı idi. Demək olar ki, dumandan qarşıdan gələn adamı görmək mümkün deyildi. Kəndin ağsaqqalları xırman yerinə yığışıb şirin - şirin söhbət edirdilər. Ağsaqqalların şirin söhbətini bir qatar dünya pozur.
Alı kişi üzünü Məşədi kişiyə tutub deyir ki, ay yeznə, deyəsən bu dumanda durna qatarı azıb bizim bağa tökülüb.
- Ay Alı kişi, belə hallar çox olur. İndi uşaqlarlardan birini göndərərəm gedib bağa baxar.
- Məşədi kişi Bəşir oğlu Rəhimi yanına çağırıb dedi:
- -Ay bala, düş aşağı bizim bağa bax. Alı dayın deyir ki, deyəsən bağa durna tökülüb. Əgər elə bir şey varsa, sakitcə gəl mənə de.
- Rəhim noy tərəfdən düşüb bağa girdi. Ətrafındakı durnaları görüb sevincək halda Məşədi kişinin yanına qaçdı, təngnəfəs Məşədi kişiyə dedi:
- -Ay Məşədi dayı, bilirsən,sizin bağla Alı dayının bağında nə qədər durna var.
- -A bala,bu xəbəri kənddə heç kim bilməsin.
- Alı kişi ilə Məşədi kişi sakitcə bağa getdilər. Onlar bağlarında durnanı görüb heyrətlənmişdilər. Axı onların özləri üçün də maraqlı idi. Onlar ilk dəfə idi ki, durnanı belə yaxından görürdülər. Məşədi kişi dedi:
-Ay Alı, bu durnalar dumanda azıb bura tökülüb bizə pənah gətirib. Elə edək ki, kəndin gəncləri, uşaqları bundan xəbər tutmasınlar. Əgər uşaqlar xəbər tutsa onları ovlayacaqlar, yada daşla, ağacla yaralayacaqlar.
- Həəə, düz deyirsən, ay Məşədi kişi. Bunu Rəhimdən başqa heç kim bilmir. İsmayıldan, Qəmbərdən birini göndər, Rəhimi çağırsın. Ona deyək ki,bu hadisəni heç kimə deməsin.
Məşədi kişi oğlu Qəmbəri yanına çağırıb dedi:
-A bala, Bəşir dayının oğlu Rəhimi bura çağır.
-Baş üstə,ay ata,- dəyib Bəşir kişigilə getdi. Çöldən Rəhimi səslənib dedi ki, atam deyir tez bura gəlsin.
-Ay Qəmbər,xeyirdimi məni çağırmaqda.
-Vallah, bilmirəm. Alı dayı ilə oturub çay içə - içə söhbət edirlər.
Rəhim bir neçə dəqiqədən sonra Məşədi kişi ilə Alı kişinin yanında oldu. Məşədi kişi üzünü Rəhimə tutub dedi:
- A bala,səni bura çağırmaqda məqsədim budur ki, durnanın bizim bağa tökülülməsini heç kim bilməsin.
-De görüm Qəmbərə demisənmi ?
-Yox, deməmişəm,ay Məşədi dayı.
- Düz eləmisən,a bala. Bilməsə yaxşıdır. Birdən gedib xəsarət yetirər. Mənə elə gəlir ki, bu axşam onlar bizim bağlarda gecələməli olacaqlar. İnşallah, sabah duman çəkilsə, uçub gedərlər.
Həmin gecə Məşədi kişi ilə Alı kişi çox narahat yatdılar ki, kimsə bilər,bu durnalara xəsarət yetirər.
Səhərə yaxın duman çəkilirdi. Məşədi kişi ilə Alı kişi bağa düşdülər. Durnalar bunları görüb qanad çalıb havaya qalxdılar. Onlar öz nizamlarına düzülüb, gözdən itdilər. Məşədi kişi yeznəsi Alı kişiyə dedi ki, deyəsən o böyürtkən kolluğunda nə isə var. O, həmin tərəfə gəlib gördü ki, böyürtkən kolunun dibində bir durna qalıb. O, istədi ki, durnanı havaya qaldırsın, ancaq durna uça bilmədi. Rəhim Məşədi kişi ilə Alı kişiyə yaxınlaşıb soruşdu:
- Durnalar hanı?
- A bala, onlar duman çəkilən kimi uçub getdilər. Deyəsən ona nə isə olub, o qalib. Onu tut gətir baxım.
Rəhim durnanı Məşədi kişinin yanına gətirdi. Məşədi kişi durnanın qanadlarına baxıb gördü ki, qanadının biri zədələnib. Məşədi kişi üzünü Rəhimə tutub dedi :
- A bala, axşam da dedim, durnanı nə vurmaq olmaz,nə də ki, kəsmək.
O, durnanı götürüb evə aparır. Durnanın yaralı qanadını " türkəçarə" ilə müalicə edib sağaldır. Yaz ayi durnalar geri qayıdanda həmin yerdən keçəndə lap aşağıdan uçurlar. Məşədi kişi qanadı sağalmış durnanı dəstəyə qoşur. Durna dəstəyi qoşulub uçub gedir.
Hüseyn İsaoğlu,
Yazıçı - publisist, AYB- nin və AJB - nin üzvü.