Bakı Weather --°C
|

Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

11.03.2026 10:05 | 2

[center]Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib[/center]
Mədəniyyət naziri Adil Kərimlinin Hacıqabul rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbul martın 14-ü saat 10:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulu nəzərdə tutulur.

Daha çox xəbər