Bakı Weather --°C
|

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

23.08.2026 14:30 | 11

[center]Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib[/center]
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.

Daha çox xəbər