Bakı Weather --°C
|

Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox artırıb

10.02.2026 16:10 | 4

[center]Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox artırıb[/center]
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,596 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

Bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır.

Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,2 % artaraq 3 milyard 062 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 490,007 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), Fransa 311,036 milyon ABŞ dolları (4,9 % az) və İspaniya 291,741 milyon ABŞ dolları (14,2 % çox) dəyərində həyata keçirib.

Daha çox xəbər