Bakı Weather --°C
|

Hakimimiz Avropa Liqasının oyununu idarə edəcək

27.01.2026 15:29 | 1

[center]Hakimimiz Avropa Liqasının oyununu idarə edəcək[/center]
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

O, Danimarkada yerli "Midtyullann" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VIII turunun oyununu idarə edəcək.

E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, "Midtyullann" - "Dinamo" qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Daha çox xəbər