Bakı Weather --°C
|

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

02.09.2026 15:17 | 6

[center]Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq[/center]
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq.

Bunu "Report"a müsahibəsində Bakı təmsilçisinin prezidenti Maqsud Adıgözəlov deyib.

Klub rəhbəri püşkatmadan sonra güclü emosiyalar yaşadıqlarını deyib:

"Açığı, mümkün xalları hesablamaqla məşğul olmamışıq. Püşkatmadan sonra emosiyalar o qədər güclü idi ki, daha çox bizi nələrin gözlədiyinin miqyasını dərk etməyə çalışırdıq. Xallar və növbəti mərhələyə vəsiqə məsələsinə gəlincə, mövqeyimiz çox sadədir: rəqiblərimizin səviyyəsini çox yaxşı anlayırıq, lakin sonadək mübarizə aparacağıq. Bunun bizə neçə xal qazandıracağını isə gələcək göstərəcək".

Maqsud Adıgözəlovun müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.

Daha çox xəbər