Bakı Weather --°C
|

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

26.08.2026 12:29 | 6

[center]Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək[/center]
Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 17 idmançı ilə yollanıb.

Boksçular sentyabrın 10-da yekunlaşacaq toplanışda Gürcüstan, Belarus və İsraillə birgə məşq edəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.

Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.

Daha çox xəbər