Bakı Weather --°C
|

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

05.08.2026 09:18 | 6

[center]UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq[/center]
"Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada "Orhus"la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda start götürəcək.

Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

Daha çox xəbər