Bakı Weather --°C
|

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün İtaliya seçməsi ilə üz-üzə gələcək

29.05.2026 09:32 | 6

[center]Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün İtaliya seçməsi ilə üz-üzə gələcək[/center]
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək.

"Tipos Arena"da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.

Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib - 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib - 0:0.

Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.

Daha çox xəbər