Bakı Weather --°C
|

Azərbaycan Basketbol Liqasının XX turunda bu gün bir oyun keçiriləcək

29.03.2026 10:30 | 9

[center]Azərbaycan Basketbol Liqasının XX turunda bu gün bir oyun keçiriləcək[/center]
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda bu gün bir oyun keçiriləcək.

A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutacaq.

Saat 14:00-da '"Şəki" - "Gəncə" görüşü start götürəcək.

Meydan sahibləri 21 xalla altıncı pillədə qərarlaşıb. Qonaq komanda 27 xalla dördüncüdür.

Qeyd edək ki, A qrupunda XX turun digər oyunları martın 30-31-də baş tutacaq.


Daha çox xəbər