Bakı Weather --°C
|

Millimizin FIFA turniri üçün heyəti açıqlandı

20.03.2026 17:00 | 3

[center]Millimizin FIFA turniri üçün heyəti açıqlandı[/center]
Azərbaycan milli komandasının “FIFA Series – 2026” turniri üçün heyəti açıqlanıb.

Baş məşqçi Ayxan Abbasov yığmaya 27 futbolçu dəvət edib.

Qeyd edək ki, komanda martın 22-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Qapıçılar: Səlahət Ağayev, Rza Cəfərov (hər ikisi “Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”),

Müdafiəçilər: Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Deyjon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hər ikisi “Qarabağ”), Rəhman Daşdəmirov (“Sabah”), Abdulla Rzayev (“Şamaxı”), Qismət Alıyev (“Zirə”),

Yarımmüdafiəçilər: Emin Mahmudov, Emil Səfərov (hər ikisi “Neftçi”), Rəhim Sadıxov, Ayxan Hüseynov (“Turan Tovuz”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Abdulla Xaybullayev, Xəyal Əliyev, Aleksey İsayev (hamısı “Sabah”), Toral Bayramov (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Sumqayıt”), Vüsal İsgəndərli (“Partizani”, Albaniya), Ceyhun Nuriyev (“Zirə”),

Hücumçular: Renat Dadaşov (“Motor”, Polşa), Musa Qurbanlı (“Qarabağ”).

Daha çox xəbər