Bakı Weather --°C
|

Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb

19.10.2026 09:36 | 14

[center]Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb[/center]
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Novruzov Əkbər Akif oğlu idarə etdiyi avtomobili ilə Xətai rayonu Gəncə prospektində hərəkətdə olarkən İsgəndərov Emil Amil oğlunun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Yol-nəqliyyat hadisəsi nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızına çırpılıb.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha çox xəbər