Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var
[center]
[/center]
[b]Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
[/b]
"Report"un yerli bürosu xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
[center]
[/center]