Bakı Weather --°C
|

Oğul 66 yaşlı anasını baltalayaraq qətlə yetirdi - Özü də öldü

30.03.2026 16:30 | 10

[center]Oğul 66 yaşlı anasını baltalayaraq qətlə yetirdi - Özü də öldü[/center]
Şəmkirdə qətl hadisəsi baş verib.

Şəmkir rayonunun Qaracəmirli kənd sakini 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızının balta ilə qətlə yetirildiyi bildirilir.

Onun oğlu, 1993-ci il təvəllüdlü Allahverdiyev Anar Natiq oğlu cinayəti törətməkdə təqsirli bilinir. Oğulun cinayəti törətdikdən sonra özünü yandıraraq öldürdüyü deyilir.

Məlumata görə, A.Allahverdiyev ruhi-əsəb xəstəsidir.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbər