Bakı Weather --°C
|

Gəncədə avtomobillər toqquşdu - Yaralılar var

21.02.2026 17:00 | 4

[center]Gəncədə avtomobillər toqquşdu - Yaralılar var[/center]
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Ozan küçəsi ilə Xudatbəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza zamanı xəsarət alan şəxslər 1973-cü il təvəllüdlü Mübariz Huseynov, 1990-cı il təvəllüdlü Pərviz Əhmədov, 1991-ci il təvəllüdlü Sahib Cəfərovdur.

Qeyd edək ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Daha çox xəbər