Bakı Weather --°C
|

Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır

14.02.2026 16:06 | 4

[center]Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır[/center]
Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb.

Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki,rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalından aşkarlanıb.

Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokururluğunda araşdırma aparılır.("Report")

Daha çox xəbər