İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
[center]
[/center]
[/center]ABŞ-ın sanksiya tətbiq etdiyi İran aviaşirkətləri bu gündən etibarən Gürcüstana uçuşları dayandırıb.
Bu barədə “Azadlıq radiosu”nun Gürcüstan xidməti məlumat yayıb.
Aviadaşıyıcılar Gürcüstana sonuncu reyslərini sentyabrın 20-də yerinə yetiriblər, sentyabrın 21-dən etibarən isə onların Gürcüstanın aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın 27 aviaşirkətini sanksiyalar siyahısına daxil edib. Onların arasında İranla Gürcüstan arasında reyslər həyata keçirən aviadaşıyıcılar da var. ABŞ-ın bu qərarından sonra Gürcüstanın Mülki Aviasiya Agentliyi sanksiya rejiminə tam əməl ediləcəyini bildirib.