Bakı Weather --°C
|

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

11.09.2026 12:01 | 1

[center]FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq[/center]
Fars körfəzi ölkələrinin xarici işlər nazirləri Hörmüz boğazından gəmiçiliklə bağlı müvəqqəti sazişi müzakirə etmək üçün iranlı həmkarı Abbas Əraqçi ilə görüşməyi planlaşdırırlar.

Bu barədə "Financial Times" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Görüş Oman və İranın təşəbbüsü ilə sentyabrın 14-də Omanın Səlalə şəhərində baş tutmalıdır.

Nəşrin məlumatına görə, Maskat və Tehran gəmilərin strateji əhəmiyyətli su yolundan keçidini tənzimləyən müvəqqəti sazişin bağlanması üçün region dövlətlərinin dəstəyini qazanmağa ümid edir.

Daha əvvəl İran hərbçiləri boğazdan icazəsiz keçməyə cəhd edən istənilən gəmi hücuma məruz qala və ya sanksiyalar siyahısına salına biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Daha çox xəbər