Bakı Weather --°C
|

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

17.07.2026 11:26 | 0

[center]Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir[/center]
Slovakiya Prezidenti Peter Pelleqrini Bakıdakı sevimli piyada marşrutlarından birinin adını çəkib.

O, "AnewZ" telekanalına müsahibəsində bildirib ki, Bakıda tarix və müasirlik arasındakı sinerji onun xoşuna gəlir:

"Hər dəfə mən Bakıya gələndə yeni bir şey görürəm. Lakin yeni binalara baxmayaraq, siz hələ də köhnə şəhəri yaxşı vəziyyətdə qoruyub saxlayırsınız. Sahildən qədim tarixi qülləyə (Qız Qalası, - red.) doğru gedəndə siz Bakının kiçik tarixi küçələrinə çıxırsınız. Bu, mənim çox xoşuma gəlir və mən bu sinerjini bəyənirəm ki, həm tarix yaxşı qorunub saxlanılıb, həm də 21-ci əsr küçələrdə hiss olunur".

P.Pelleqrini Bakıda keçirilən "Formula-1" barədə fikirlərini bölüşərək, şəhərin köhnə küçələrinin bura kontrast və möhtəşəmlik qatdığını qeyd edib.

"Formula-1"i televiziyadan izləyəndə çox gözəl mənzərələr görürsünüz. Odur ki, qədimlik və müasirlik arasındakı bu vəhdət mənim çox xoşuma gəlir və Bakıda ildən-ilə müşahidə olunan inkişafı görürəm".

Daha çox xəbər