Bakı Weather --°C
|

Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır

09.07.2026 12:17 | 4

[center]Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır[/center]
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-u da daxil olmaqla məzuniyyətdə olacaq.

Bu barədə hökumətin mətbuat xidmətinə istinadən Ermənistan mediası məlumat yayıb.

İyulun 10-dan 20-dək olan dövrdə hökumət başçısının vəzifələrini Baş nazirin müavini Mqer Qriqoryan, iyulun 21-dən 29-dək isə Baş nazirin müavini Tiqran Xaçatryan icra edəcək.

Qeyd edək ki, Nikol Paşinyan may ayında Ermənistanda iyunun 7-də baş tutmuş parlament seçkiləri ilə əlaqədar artıq məzuniyyətdə idi.

Daha çox xəbər