Bakı Weather --°C
|

Fransa və Suriya Bəşər Əsədin əmisindən müsadirə edilmiş vəsaitlərin Dəməşqə qaytarılması prosesinə başlayıb

07.07.2026 17:30 | 5

[center]Fransa və Suriya Bəşər Əsədin əmisindən müsadirə edilmiş vəsaitlərin Dəməşqə qaytarılması prosesinə başlayıb[/center]
Fransa və Suriya sabiq prezident Bəşər Əsədin əmisi - Rifat əl-Əsəddən müsadirə edilmiş 51 milyon avronun (58,29 milyon dollar) Dəməşqə qaytarılması prosesinə başlayıb.

Bu barədə "Al-Hadath" məlumat yayıb.

Bu məsələ Fransa prezidenti Emmanuel Makron və Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəra arasında Dəməşqdəki danışıqlar zamanı müzakirə edilib.

Həmçinin bildirilib ki, Fransa Suriyanın Mərkəzi Bankına texniki yardım göstərəcək.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında Suriyada silahlı çevriliş nəticəsində hakimiyyətinin süqutundan sonra ailəsi ilə birgə Rusiyada sığınacaq alıb.

Daha çox xəbər