Bakı Weather --°C
|

SEPAH Sərik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib

01.06.2026 12:02 | 5

[center]SEPAH Sərik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib[/center]
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar ertəsi səhər saatlarında ABŞ ordusunun Hörmüzqan əyalətinin Sərik adasında telekommunikasiya qülləsinə hücum etdiyini açıqlayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, məlumata əsasən, bundan sonra SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri hücumun edildiyi hava bazasını hədəf alıb və müəyyən edilən hədəflər vurulub.

SEPAH hücum təkrarlanacağı təqdirdə, cavabın tamamilə "fərqli olacağı" barədə xəbərdarlıq edib və bunun məsuliyyətinin ABŞ-ın üzərində olduğunu bildirib.

Qeyd edək ki, açıqlamada hücumun vaxtı və nəticələri ilə bağlı əlavə detallara yer verilməyib.

Daha çox xəbər