Bakı Weather --°C
|

Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb

24.05.2026 10:30 | 14

[center]Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb[/center]
Filippinin Anheles şəhərində tikilməkdə olan onmərtəbəli binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb.

Bu barədə "GMA News" televiziya kanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatının başlandığını açıqlayıb. Dağıntılar altından təxminən 10 nəfər təkbaşına çıxa bilib.

Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayonun sözlərinə görə, dağıntılar altında təxminən 30-40 tikinti işçisi qalmış ola bilər.

"Hadisə qonşu binaya da təsir edib. 51 yaşlı Malayziya vətəndaşı olan bir turist dağıntılar altında qalıb və xilas edilib", - deyə o əlavə edib.

Daha çox xəbər