Bakı Weather --°C
|

İsraildə İrana casusluqda şübhəli bilinən hərbçi saxlanıldı

20.03.2026 16:00 | 2

[center]İsraildə İrana casusluqda şübhəli bilinən hərbçi saxlanıldı[/center]
İsraildə “Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə sistemini idarə etmiş ehtiyatda olan hərbi qulluqçu İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.

Həmin şəxs “Telegram” messenceri vasitəsilə ələ alınaraq məxfi məlumatları qarşı tərəfə ötürməkdə ittiham olunur.

Mənbənin məlumatına görə, casusluqda şübhəli bilinən şəxs hərbi bazaların koordinatlarını və yüksək rütbəli vəzifəli şəxslərin adlarını İran kəşfiyyatına sızdırıb.

Məlumata görə, hərbi qulluqçu “Şir nərəsi” əməliyyatı başladıqdan cəmi bir gün sonra həbs edilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Prokurorluq onun həbs müddətinin məhkəmə araşdırması başa çatana qədər uzadılmasını tələb edib.

Hazırda hadisə ilə bağlı genişmiqyaslı istintaq davam edir.

Daha çox xəbər