Bakı Weather --°C
|

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

18.03.2026 16:01 | 3

[center]SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub[/center]
İranın son hücumunda regiondakı bütün ABŞ hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, 62-ci hücum dalğasında ABŞ-ın hərbi obyektləri, həmçinin İsrail ordusunun Təl-Aviv, Hayfa və digər şəhərlərdəki toplanma məntəqələri və dəstək mərkəzləri hədəf alınıb.

Qeyd olunub ki, hücumlar çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə həyata keçirilib.

Daha çox xəbər