Papoyan: Ermənistan və Azərbaycan şirkətləri müəyyən bir malın tədarükünü müzakirə edirlər
[center]
[/center]
Ermənistan və Azərbaycan iş adamları Ermənistandan Azərbaycana bir növ malın tədarükünün təşkili barədə danışıqlar aparırlar.
Bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.
"Biz təklif etmişik. Hazırda konkret bir mal var (hansı ki, Ermənistandan Azərbaycana tədarük oluna bilər - red.) ki, onunla bağlı hər iki tərəfin biznes dairələri artıq danışıqlar və müzakirələr aparır", - nazir qeyd edib.
Bununla belə, Papoyan söhbətin məhz hansı maldan getdiyini dəqiqləşdirməyib.("Report")