Bakı Weather --°C
|

Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq

29.10.2026 08:56 | 7

[center]Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq[/center]
Bu gün Bakının Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsində bəzi ərazilərin və Ümid qəsəbəsinin, Nəsimi rayonunun N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Daha çox xəbər