Bakı Weather --°C
|

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

23.10.2026 11:55 | 12

 
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.

İclasın gündəliyində Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında qərar layihəsi, o cümlədən "Aqrar sahə haqqında" və "Məhsul şəhadətnaməsi haqqında" yeni hazırlanmış qanun layihələrinin ilk oxunuşda müzakirəsi daxil olmaqla, ümumilikdə, 12 məsələ var.

İclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.

Daha çox xəbər