Bakı Weather --°C
|

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

14.10.2026 09:01 | 16

[center]Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq[/center]
Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində S.Fərziyev küçəsinin və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Daha çox xəbər