Bakı Weather --°C
|

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

18.09.2026 17:26 | 1

[center]Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ[/center]
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Daha çox xəbər