Bakı Weather --°C
|

Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

15.09.2026 10:52 | 0

[center]Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib[/center]
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Bildirilib ki, ziyarətdə Türkiyə səfirliyinin əməkdaşları, hərbi attaşelik, müşavirlər, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Birol Akgün mərasim çərçivəsində Türk şəhidliyinin önünə əklil qoyub, şəhid məzarlarına qərənfillər düzüb və xatirə kitabına ürək sözlərini yazıb.

Daha çox xəbər