Bakı Weather --°C
|

Azərbaycan əhalisinin yanacaq xərcləri 4 %-dən çox artıb

11.09.2026 16:43 | 3

[center]Azərbaycan əhalisinin yanacaq xərcləri 4 %-dən çox artıb[/center]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 701,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 4,3 % çoxdur.

Ötən 8 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,1 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq, o cümlədən 24,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,9 % artıb.

Daha çox xəbər