Bakı Weather --°C
|

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

10.09.2026 16:03 | 0

[center]Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb[/center]
Bakının Binəqədi rayonunda kirayədə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8 min manat dəyərində məişət və geyim əşyalarının oğurlandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbər