Bakı Weather --°C
|

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

08.09.2026 18:14 | 0

[center]Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar[/center]
Mina problemindən zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

Bununla bağlı Baş nazir Əli Əsədov "Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri"ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərar "Minatəmizləmə fəaliyyəti haqqında" qanunun icrası ilə əlaqədar olaraq imzalanıb.

Sənədə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

Daha çox xəbər