Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
[center]
[/center]
Xüsusi ilə bəzi bölgələrdə oxu savadlılığı üzrə ciddi problemlər var.
Bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı bölgələr üzrə oxu savadlılığında müşahidə olunan fərqlərdən danışarkən deyib.
Nazir bildirib ki, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. O, bu vəziyyəti müəllimlərin sertifikatlaşdırılması imtahanlarında ayrı-ayrı regionlar üzrə müşahidə olunan nəticələrlə də əlaqələndirib: “Bu regionlarda əsaslı şəkildə işləmək lazımdır. Sertifikatlaşdırma imtahanlarında da bu məsələ ilə bağlı müəyyən nəticələri görmüşük. Həmin bölgələrdə müəllimlərlə genişmiqyaslı iş aparmaq lazımdır”.
Emin Əmrullayev Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.