Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
[center]
[/center]
Bakıda Azərbaycan Kamandan Oxatma Federasiyası (AKOF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə kamandan oxatma üzrə paytaxt çempionatı keçiriləcək.
Bu barədə AKOF-un mətbuat xidmətindən məlumat verilib.
Hövsan Olimpiya İdman Kompleksinin stadionunda beynəlxalq standartlara uyğun olimpiya sistemi əsasında baş tutacaq yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq. U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.
Üç gün davam edəcək yarışın proqramına əsasən, sentyabrın 18-də idmançıların məşq və sınaq atışları, 19-da təsnifat və əsas seçmə mərhələləri, 20-də isə final qarşılaşmaları və mükafatlandırma mərasimi təşkil ediləcək.
Çempionatda fərqlənən oxatanlar müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.