Bakı Weather --°C
|

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

25.08.2026 11:49 | 7

[center]İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib[/center]
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.

Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir.

Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Daha çox xəbər