Bakı Weather --°C
|

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

22.08.2026 14:21 | 6

[center]Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır[/center]

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

72 yaşlı aktrisanın vəziyyəti ağırdır. O, Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.

Məlumatda onun əməliyyata ehtiyacı olduğu bildirilib. Həmçinin aidiyyəti qurumlara aktrisaya dəstək olmaqla bağlı çağırış edilib.

Daha çox xəbər