Bakı Weather --°C
|

AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 yaşı tamam olur

09.01.2026 09:37 | 30

BDU-nun Botanika kafedrasının müdiri, görkəmli Azərbaycan alimi, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, akademik Elsad Qurbanov 2 yanvar 1951-ci ildə Qərbi Azərbaycan Zəngəzur mahalının Qarakilsə (Sisian) rayonunun Urud kəndində anadan olunmuşdur.
Akademik E.M. Qurbanov 140-ı xaricdə dərc edilmiş 500-dək elmi əsərin (17 kitab, 400-dən çox məqalə), 60-dan artıq tədris proqramı və metodik göstərişin, 13 müəlliflik şəhadətnaməsi və patentin müəllifi və 15 kitabın elmi redaktorudur. O, dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında (Avropa ölkələri, Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, İranda) çıxış etmişdir. Qurbanovun müəllifliyi ilə "Azərbaycanın Qırmızı Kitabı"nın (II cildlik) 2-ci nəşri çap olunmuşdur.
E.M. Qurbanov onlarla doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya aparıcı təşkilat kimi rəyçisi olmuş, onun rəhbərliyi altında 60-dan çox magistrant və 18 doktorantı fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Elmlər doktoru proqramı üzrə 2 doktorantının dissetasiya işi Müdafiə Şurasına təqdim etmək üçün hazırlanmış, hazırda 7 fəlsəfə doktorantının elmi rəhbəri, 3 elmlər doktorunun elmi məsləhətçisidir.
E.M. Qurbanov AMEA-nın Dendrologiya İnstitutunda elmi şurasının üzvü olmuşdur, ADPU-nin nəzdində fəaliyyət göstərən B/D.02.061 doktorluq müdafiə şurasının üzvü olmuşdur, AMEA-nın "Botanika" ixtisası üzrə Problem şurasının üzvüdür, 2008-ci ildən AMEA-nın Dendrologiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır (2017-ilədək), Biologiya fakültəsində "Botanika", "Mikologiya", "Mikrobiologiya" və "Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq" ixtisasları üzrə magistrantların Dissertasiya Müdafiə Şurasının sədri, BDU-da dekan və kafedra müdiri vəzifəsini tutmaq üçün yaradılmış seçki komissiyasının katibi, BDU-nun Böyük Elmi Şurasının üzvüdür və BDU-nun Elmi Şurasının Baş Elmi katibi vəzifəsində çalışmışdır.
E.M. Qurbanov yerinə yetirdiyi elmi işlərin nəticələrinə görə 2009, 2012-ci illərdə "İlin alimi", pedaqoji fəaliyyətinə görə 2010-cu ildə "İlin müəllimi" fəxri adlarını almış, Təhsil Nazirliyinin Fəxri Fərmanları, BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalı, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Tərəqqi" medalı, 2019-cu ildə Əməkdar elm xadimi fəxri adı ilə təltif olunmuşdur.
02.01.2026-cı il Akademik Elşad Qurbanovun 75 illik yubileyidir. Bu munasibətlə, səmimi nəcib, təvazökar və yüksək intellektli Elşad müəllimi ürəkdən təbrik edir, Allahdan ona sağlıqlı uzun ömür, 💯+ yaşamağı, işlərində uğurlar arzu edirik!


Texnika elmləri doktoru, dosent,
Abdullayeva Rəhilə Abdulla qızı.

Daha çox xəbər