Bakı Weather --°C
|

Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır

18.08.2026 18:30 | 6

[center]Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır[/center]
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədində sıxlığın aradan qaldırılması müzakirə edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq iki ölkənin gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.

Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Daha çox xəbər