Bakı Weather --°C
|

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

14.08.2026 08:55 | 6

[center]Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq[/center]
Bu gün paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

"Azərişıq"dan verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 14-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisindəTransformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau, Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Məlumata görə, görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Daha çox xəbər