Bakı Weather --°C
|

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

13.08.2026 09:16 | 6

[center]UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq[/center]

"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bakıda "Dinamo" (Kiyev, Ukrayna) ilə cavab matçına çıxacaq.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Saat 20:00-da başlayacaq matçı ingiltərəli FIFA referisi Stüart Attuell idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Daha çox xəbər