Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir
[center]
[/center]
Ukrayna Prezidenti Volodimir Zelenski İqor Klimenkonu ölkənin müdafiə naziri postuna namizədlərdən biri adlandırıb.
Bu barədə "İnterfaks-Ukrayna" agentliyi Ukrayna dövlət başçısının bəyanatına istinadən məlumat yayıb.
"İqor Klimenkoya gəldikdə, o, namizədlərdən biri kimi nəzərdən keçirilir. Amma mən hələ müvafiq sənədləri parlamentə təqdim etməmişəm. Çünki müdafiə naziri və xarici işlər naziri, bilirsiniz ki, bu, ayrıca müvafiq səsvermədir", - V.Zelenski deyib.