Bakı Weather --°C
|

Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

15.07.2026 18:00 | 1

[center]Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək[/center]
İyulun 20-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə bu və Laçın rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb

Qəbulda iştirak etmək istəyənlər Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-379-74-44) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Daha çox xəbər