Bakı Weather --°C
|

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

15.07.2026 17:46 | 3

[center]Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb[/center]
Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Alıuşağı kəndində baş verib.

10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər